Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bakı Fond Birjası" QSC 2024-cü ilin yanvar-fevral ayları üçün üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
Banco.az Birjaya istinadən xəbər verir ki, siyahıya 5.114.975.933.00 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti" başçılıq edir. Bu dövrdə şirkətin əməliyyatlarının sayı 1 143 olub.
İkinci yerdə 1.726.977.442.00 manatla "ABB İnvest İnvestisiya Şirkəti", üçüncü yerdə isə 1.019.617.256.00 manatla "Assist Finance İnvestisiya Şirkəti" olub:
Bizi sosial şəbəkələrdən izləyin!!