İyunun 12-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat arasında olub.
Banco.az Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, Bakı şəhərində və Abşeron rayonunda qiymət 27-27,5 manat aralığında olub.
Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manatla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti isə 28,2 manatla Gəncə şəhərində qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!