Bu il Azərbaycanda turizm sektorunun (ictimai iaşə daxil deyil) gəlirlərinin 1,03 milyard ABŞ dollarına çatacağı gözlənilir.
Bu barədə "Statista" portalının proqnozunda bildirilib.
Hesablamalara görə, 2025-2029-cu illərdə sektorda illik artım sürəti 4,05% təşkil edəcək. Nəticədə 2029-cu ildə sektorun həcmi 1,2 milyard ABŞ dollarına çatacaq.
Cari ildə ölkənin turizm sektorunun ən mühüm seqmenti 546,1 milyon ABŞ dolları bazar həcmi ilə hotelçilik sənayesi olacaq.
2029-cu ilə qədər Azərbaycanın turizm bazarında ümumi gəlirlərin 74%-nin onlayn satışlardan əldə ediləcəyi proqnozlaşdırılır
apa