Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın smartfon bazarında 2025-ci ilin may ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı cüzi artaraq 30,77% təşkil edib.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir ki, aprel ayında “Samsung”un bazar payı 27,68%, ötən ilin may ayında isə 28,72% olub.
Məlumata görə, son bir ildə "Samsung"dan ən çox istifadə ötən ilin iyun ayında (37,5%) qeydə alınıb. Hazırda Azərbaycanda "Samsung"un bazar payı digər smartfon markaları ilə müqayisədə daha çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!