Azərbaycanda qış turizm mövsümü rəsmi olaraq açıq elan olunub.
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən "Şahdağ Turizm Mərkəzi" QSC-yə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin sədri Rüstəm Nəcəfov bildirib.
Onun sözlərinə görə, qış turizmi mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində mövsümün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılması, ümumi uzunluğu 7 070 metr olan yeni xizək yamaclarının inşası, 150 min kubmetr həcmində su anbarının tikintisi, eləcə də 26 nömrəli kanat xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.
"Bu layihələr gələcəkdə xizək infrastrukturunun daha da inkişafına xidmət edəcək. Son iki ildə "Şahdağ" təkcə istirahət mərkəzi kimi deyil, həm də yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkan olub. Bu məqsədlə kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin təşkil edilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionu inşa edilib".
