Azərbaycanda pensiyaçıların sayı 1,1 milyona yaxınlaşıb | Banco.az

Azərbaycanda pensiyaçıların sayı 1,1 milyona yaxınlaşıb

2025-ci ildə ölkədə pensiyaçıların sayı 1 milyon 98 min 651 nəfər olub.

Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev qurumun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib. 

Sədr bildirib ki, ötən il pensiya xərcləri 7,1 milyard manat olub: 
“Ötən il Azərbaycanda orta pensiya 543 manat olub. Bu, 2024-cü ildən 9,3 faiz çoxdur. Yaşa görə orta pensiya 578 manat olub ki, bu da, 2024-dən 9,1 faiz çoxdur. Orta pensiya orta aylıq əməkhaqqının 49,9 faizini, yaşa görə pensiya isə 53,2 faizini təşkil edib".