Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar ayında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 303,6 milyon manat olmaqla, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 9,6 faiz azalıb.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarının istehsalında neft bitumu istehsalı 22,8 faiz, ağ neft 4,8 faiz artmış, sürtkü yağlarının istehsalı 57,9 faiz, neft koksunun istehsalı 13,3 faiz, qazoylların (dizel yanacağının) istehsalı isə 7,4 faiz azalıb.
Ötən ay ərzində 115,8 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 0,1% azdır.
2024-cü ilin 1 fevral tarixinə hazır məhsul ehtiyatı 38 min ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!