Azərbaycanda ödəniş kartlarının sayı 14% artıb | Banco.az

Azərbaycanda ödəniş kartlarının sayı 14% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 216 min ədəd artaraq 21 milyon 129 min ədəd təşkil edib.

Banco.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artıb.

Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstərici 18 milyon 567 min ədədə bərabər idi. Ödəniş kartlarında debet kartlarının sayı 17% artıb, kredit kartlarının sayı isə 7% azalıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram