Müəllif: Gülnar Əhmədli, Banco.az
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21 milyon 368 min ədəd təşkil edib.
Banco.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12.9% artıb.
Məlumata görə, 2024-cü ilin eyni dövründə bu göstərici 18 milyon 923 min ədədə bərabər idi. Ödəniş kartlarında debet kartlarının sayı 16% artıb, kredit kartlarının sayı isə 7% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
