Azərbaycanda notbuk istehsalı azalıb | Banco.az

Azərbaycanda notbuk istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 203,8 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 34,8 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 5,4 faiz artıb. 

8 ayda 1 089 ədəd notbuk (23,8% azdır), 1 030 ədəd stolüstü kompüter, 202,8 min ədəd ölçmə cihazları, 141 ədəd güc transformatorları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram