Azərbaycanda notbuk istehsalı 94%-dən çox azalıb | Banco.az

Azərbaycanda notbuk istehsalı 94%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar ayında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 22,9 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 53,2 faiz artıb, kompüter, elektron və optik məhsulların istehsalı isə 6,7 faiz azalıb.

Yanvarda 32 ədəd notbuk (94,2% az), 20 ədəd stolüstü kompüter, 41,9 min ədəd ölçmə cihazları, 8 ədəd güc transformatorları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram