Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 11 ayda 28 milyon manat ƏDV geri qaytarılıb | Banco.az

Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 11 ayda 28 milyon manat ƏDV geri qaytarılıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 28 milyon 263,7 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 172 milyon 323,4 min manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.