Azərbaycanda metro istifadəçilərinin sayı 6 faizdən çox artıb | Banco.az

Azərbaycanda metro istifadəçilərinin sayı 6 faizdən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Bakıda metro xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,2% artıb.

Dövlət Statistika Komitəsi xəbər verir ki, metropoliten xidmətindən istifadə edən sərnişinlərin sayı 188,9 milyon nəfərə çatıb.

Qeyd edək ki, Bakmetro xətlərinin uzunluğu 40,7 km, stansiyaların sayı isə 27-dir.

2030-cu ilədək Bakı metrosunun ümumi planlaşdırılmış sayı 76-ya, xətlərin uzunluğu isə 119,1 km olacaq.

report