Azərbaycanda ləğv prosesində olan bankın əmlakı 3 dəfə hərraca çıxarılıb | Banco.az

Azərbaycanda ləğv prosesində olan bankın əmlakı 3 dəfə hərraca çıxarılıb

Sentyabrın 28-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin daşınmaz əmlakının satışı üzrə 3-cü dəfə açıq hərrac keçiriləcək.

Bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Qafqaz İnkişaf Bankı”na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsindən gedir.

Bankın daşınmaz əmlakına 2,55 milyon manat qiymət qoyulub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram