Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Statistika Komitəsinin hesabatına əsasən bu ilin yanvar-iyun aylarında ölkədə 13 269,6 ton ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% azdır.
Banco.az xəbər verir ki, bu ilin 1 iyul tarixində Azərbaycanda hazır kərə yağı ehtiyatı 153,2 ton olub.
Hesabat dövründə ölkədə 20 187,1 ton duru bitki yağı istehsal edilib. Bu göstəricinin həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!