Azərbaycanda keçirilən valyuta hərracında dolların qiyməti 1,77 manatı keçib | Banco.az

Azərbaycanda keçirilən valyuta hərracında dolların qiyməti 1,77 manatı keçib

Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.  

Banco.az AMB-ə istinadən xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.