Azərbaycanda işsiz əhalinin sayı nə qədərdir? | Banco.az

Azərbaycanda işsiz əhalinin sayı nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin martın 1-i vəziyyətinə görə, 279.8 min nəfərə bərabər olub. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5385,7 min nəfər olmuş, onlardan 5105,9 min nəfərini məşğul əhali təşkil edib.

Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1782,0 min nəfər, o cümlədən dövlət sektorunda 861,4 min nəfər, qeyri-dövlət sektorunda isə 920,6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 30,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1751,4 min nəfər çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram