Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin yanvarın 1-i vəziyyətinə görə, 279.1 min nəfərə bərabər olub.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub, onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib.
2025-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1797,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 869,0 min nəfər, qeyri-dövlət sektorunda isə 928,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1766,4 min nəfər çalışıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
