Azərbaycanda işsiz əhalinin sayı bu qədərdir | Banco.az

Azərbaycanda işsiz əhalinin sayı bu qədərdir

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin dekabrın 1-i vəziyyətinə görə, 278.7 min nəfərə bərabər olub. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5383,2 min nəfər olmuş, onlardan 5104,5 min nəfərini məşğul əhali təşkil edib.

Cari il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1782,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,7 min nəfər, qeyri-dövlət sektorunda isə 916,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,0 min nəfər, qeyri neft-qaz sektorunda isə 1751,4 min nəfər çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram