Azərbaycanda işsiz əhalinin sayı açıqlanıb | Banco.az

Azərbaycanda işsiz əhalinin sayı açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda işsiz statuslu şəxslərin sayı cari ilin fevralın 1-i vəziyyətinə görə, 279.3 min nəfərə bərabər olub. 

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə iqtisadi fəal əhalinin sayı 5384,9 min nəfər olub, onlardan 5105,6 min nəfərini məşğul əhali təşkil edib.

Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1808,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 865,8 min nəfər, qeyri-dövlət sektorunda isə 942,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1777,5 min nəfər çalışıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram