Azərbaycanda icbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb | Banco.az

Azərbaycanda icbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb

Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxındır.

Bunu İcbari Sığorta Bürosunun departament direktoru İslam İsmayılov deyib.

    Qeyd olunub ki, daşınmaz əmlakın istismarı ilə bağlı qüvvədə olan icbari sığorta (DAİMMİS) üzrə şəhadətnamələrin sayı 22 min, daşınmaz əmlakın icbari sığortası (DAİS) üzrə isə 192 min 355 olub.

    Bildirilib ki, statistik göstəricilərə əsasən, standart icbari avtonəqliyyat sığortası üzrə şəhadətnamələrin sayı 1 milyon 617 min 677 təşkil edir.

    Bundan əlavə, sərhəd sığortası üzrə 45 min 275, “Yaşıl Kart” sığortası üzrə 6 min 547 şəhadətnamə qeydə alınıb.
    Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə şəhadətnamələrin sayı 200 təşkil edir.

    apa