Azərbaycanda gəmi satışa çıxarılır – Hərrac | Banco.az

Azərbaycanda gəmi satışa çıxarılır – Hərrac

Müəllif: Gülnar Əhmədli, Banco.az

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) 24 fevral 2026-cı il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Banco.az quruma istinadən xəbər verir ki, həmin tarixdə Dövlət Sərhəd Xidmətinə məxsus gəmi də satışa çıxarılacaq. 

Qeyd edilib ki, gəmi "Point Brower D" markalıdır. Dövlət nömrə nişanı S-104, buraxılış ili isə 1969-cu ildir. 

Gəminin start qiyməti 230 000 AZN-dir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram