Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 %-ə yaxın artıb | Banco.az

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 1 milyard 112,9 milyon manat olub.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 % çoxdur. 

O cümlədən, ötən ay hüquqi şəxslər əhaliyə 836,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.

Yanvarda hər bir ölkə sakini orta hesabla 108,8 manatlıq və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 15,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib. 

report