2025-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 66267,3 milyon manat və ya hər nəfərə orta hesabla 6471,8 manat olub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 58253,0 milyon manat təşkil edib.