2024-cü ildə Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 8 milyard 103,9 milyon manat proqnoza qarşı icra 8 milyard 894,2 milyon manat (790,3 milyon manat və yaxud 9,7 % çox), 2023-cü illə müqayisədə isə 766,5 milyon manat və yaxud 9,4 % çox icra olunub.
Bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 95,7 %-i və yaxud 8 515,7 milyon manat qeyri-neft-qaz, 4,3 %-i və yaxud 378,5 milyon manatı neft-qaz sektorunun payına düşüb.
ƏDV üzrə daxilolmalarda ölkədaxili əməliyyatların payı 3 milyard 647,9 milyon manat proqnoza qarşı 4 milyard 285,1 milyon manat (637,2 milyon manat və yaxud 17,5 % çox) təşkil edib.
ƏDV üzrə dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 906,6 milyon manat təşkil edib ki, bu proqnozla müqayisədə 608,7 milyon manat və yaxud 18,5 %, 2023-cü illə müqayisədə isə 592,7 milyon manat və 17,9 % çoxdur.
Proqnozdan artıq hesablanmış məbləğdən 409,1 milyon manat və yaxud 11,7 % artıq təmin edilmiş vəsait, 2023-cü illə müqayisədə artım isə qeyri-neft ÜDM-nin real artım tempinin 2023-cü illə müqayisədə 6,2 %, eyni zamanda qeyri-neft sektoru üzrə ƏDV-yə cəlb olunan dövriyyənin artması olub.
Belə ki, ƏDV tutulmalı dövriyyə 2023-cü illə müqayisədə tikinti sektoru üzrə 836,5 milyon manat və yaxud 4,4 %, nəqliyyat sektoru üzrə 1 milyard 108 milyon manat və yaxud 13,7 %, pərakəndə ticarət üzrə 1 milyard 223,6 milyon manat və yaxud 5,9 %, topdansatış ticarət üzrə 858,8 milyon manat və yaxud 4 %, bank və sığorta sektoru üzrə 1 milyard 62,6 milyon manat və yaxud 15,6 % artıb. Dövriyyələrin artmasının nəticəsi olaraq, tikinti sektoru üzrə 154,7 milyon manat və yaxud 1,4 dəfə, sənaye sektoru üzrə 58,3 milyon manat və yaxud 13,7 %, topdansatış ticarət üzrə 41,8 milyon manat və yaxud 8,5 %, pərakəndə ticarət üzrə 21 milyon manat və yaxud 7,6 % artıb.
Qeyri-neft-qaz sektoru üzrə ƏDV-nin qeyri-neft ÜDM-də xüsusi çəkisi 2023-cü ilə nisbətən 0,3 faiz bəndi artaraq 4,6 %-ə yüksəlib.