İyunun 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 948 milyon avro məbləğində qiymətləndirilir.
Bu, mayın 31-i ilə müqayisədə 4,3 % və yaxud 43 milyon avro azdır.
Portfelin 38 %-i özəl sektorun payına düşür.
EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i (846 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 6 %-i (54 milyon avro) korporativ sektora, daha 5 %-i (48 milyon avro) isə maliyyə institutlarına yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 198 layihənin həyata keçirilməsinə 3,656 milyard avrodan çox investisiya yatırıb. Bankın kumulyativ ödənişləri 3,351 milyard avro təşkil edib.
Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % (43 milyon avro) çoxdur.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!