Azərbaycanda dövlət xəttilə 226 milyon manat ipoteka krediti verilib | Banco.az

Azərbaycanda dövlət xəttilə 226 milyon manat ipoteka krediti verilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən kreditlərin həcmi açıqlanıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayı ərzində 226,3 milyon manat kredit verilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə (232,9 milyon manat) müqayisədə 6,6 milyon manat və ya 2,8% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 131,6 milyon manat (illik müqayisədə 39,7% az)  olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram