Azərbaycanda çay ixracı azalıb - STATİSTİKA | Banco.az

Azərbaycanda çay ixracı azalıb - STATİSTİKA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2023-cü ildə Azərbaycan 6,6 milyon dollar dəyərində 731,5 ton çay ixrac edib.

Bu barədə Banco.az-a Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.  Məlumata görə, bu, 2022-ci illə müqayisədə dəyər baxımından 4,9 milyon dollar, həcm baxımından isə 42,6% azdır.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın çay idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 5.9% azalaraq 11 222 ton , dəyər baxımından isə 5% azalaraq 58 milyon 447 min dollar təşkil edib.

Hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 2.8 dəfə azalaraq 586.38 ton, dəyər baxımından isə 47% azalaraq 5 milyon 340 min dollar təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 10 milyon 153 min dollar dəyərində 1626 ton çay ixrac, 61 milyon 492 min dollar dəyərində isə 11 930 ton çay idxal edib.

Ümumiyyətlə, çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,41%-ni təşkil edib. Bu dövrdə idxal ixracı 19.2 dəfə üstələyib.

Bir ton çayın ixrac qiyməti 2022-ci ilin 6 ayında 5789 dollar ikən, 2023-cü ilin 6 ayında 9009 dollar olub.

Çayın orta ixrac qiyməti son bir ildə 3220 dollar, başqa sözlə 55,6% yüksəlib.

2023-cü ilin yanvar-iyun aylarında çayın ümumi ixracda xüsusi çəkisi 0.02-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,17%-ə bərabər olub. Azərbaycanın çay ixrac etdiyi ölkələr sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Çin var. Quru çay ixracına görə Azərbaycan Gürcüstan üçün əsas bazardır.Bundan əlavə, az həcmdə quru çay Çexiya, Almaniya, Tayvan, Tacikistan, Kanada, İsrail, Fransa, Ermənistan, Moldova, Polşa, ABŞ və digər ölkələrə ixrac olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram