Azərbaycanda çay istehsalı 56%-dən çox artıb | Banco.az

Azərbaycanda çay istehsalı 56%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ilin yanvar ayında 1 023.3 ton çay istehsal edilib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, çay istehsalı illik müqayisədə 56,1% artıb.

Məlumata görə, 1 fevral tarixinə ölkədə hazır məhsul ehtiyatı 89,8 tondur.

Qeyd edək ki, 2023-cü ildə ölkədən 6 milyon 605 min dollar dəyərində 731 ton çay ixrac edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram