Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 25%-ə yaxın azalıb | Banco.az

Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 25%-ə yaxın azalıb

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 965 milyon 218 min təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24.7və ya 317.4 milyon ABŞ dolları azalıb.

Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 6.3% artaraq 373 milyon 286 min, satışı isə 36.4% azalaraq 591 milyon 931.7 min təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar-mart ayı ilə müqayisədə 2.1 dəfə artaraq 52 milyon 980.7 min, satışı isə 11.5% artaraq 50 milyon 148.9 min təşkil edib.

apa