Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 24% artıb | Banco.az

Azərbaycanda bankların nağd ABŞ dolları alqı-satqısının həcmi 24% artıb

2025-ci ilin yanvar ayı ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 410 milyon 279.3 min təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə bu göstəricinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2.8% azalaraq 116 milyon 106.1 min, satışı isə 39% artaraq 294 milyon 173.2 min təşkil edib.

Bu dövrdə banklar tərəfindən nağd avronun alışı ötən ilin yanvar ayı ilə müqayisədə 12% artaraq 9 milyon 782.3 min, satışı isə 53.5% artaraq 17 milyon 134.2 min təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayı ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 8 valyuta hərracında banklara 498.8 milyon ABŞ dolları satılıb.

APA