Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 yanvar tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 485 (illik müqayisədə 10 vahid çox), şöbələrinin sayı 88 (8 vahid az), ATM-lərin sayı 3 230 (illik müqayisədə 190 vahid çox) olub.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25,363 (ilin əvvəlindən 7.6% və ya 1,794 əməkdaş) nəfər təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!