Azərbaycanda ardıcıl 5 gün qeyri-iş günü olacaq.
Banco.az xəbər verir ki, 2025-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2026-cı ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür.
2026-cı ilin 1-2 Yanvar tarixləri cümə axşamı və cümə gününə, 3-4 yanvar isə şənbə-bazar günlərinə təsadüf edir.
Beləliklə, Yeni ildə 31 dekabr – 4 yanvar tarixləri qeyri-iş günü olacaq.