Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 393,3 milyon manat kredit verilib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % azdır.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,7 % azalaraq 399,4 milyon manat olub.
İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 10 % artaraq 550 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8,9 % azalaraq 79,9 milyon manata düşüb.
