Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar ayında 22 milyon 304 min dollar dəyərində 26 min 693 ton xurma ixrac edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkənin xurma ixracı illik müqayisədə dəyər baxımından 15,6%, həcm ifadəsində isə 2,2% artıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə ölkənin xurma ixracının dəyəri 19,3 milyon dollar, həcmi isə 26,1 min ton olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
