Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 735 min 884 nəfər turist (illik müqayisədə 1,3% çox) gəlib.
Banco.az Dövlət Turizm agentliyinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə ölkəyə gələn turist sayı 726 min 284 nəfər idi.
Təkcə ötən ay ölkəyə gələn turistlərin sayı isə 227 min 788 nəfər olub. Apreldə Azərbaycana ən çox turist aşağıdakı 5 ölkədən gəlib:
Rusiya – 53.1 min
Türkiyə – 39.4 min
Hindistan – 26.3 min
İran – 16.7 min
Gürcüstan – 9.5 min
Bizi sosial şəbəkələrdən izləyin!!