Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2025-ci ilin yanvar-aprel aylarında idxal olunan əczaçılıq məhsullarının dəyəri 166 milyon 803 min dollar təşkil edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 1 milyon 685 min dollar və ya 1% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2.05%-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan 168 milyon 488 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Bizi sosial şəbəkələrdən izləyin!!