Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana ötən 2 ayda 30 milyon 888 min ABŞ dolları dəyərində 134 min 870 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 62,3%, həcmi isə 49,7% azalıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 229 dollar olub ki, bu da 2023-cü ilin eyni dövrü (305,8 dollar) ilə müqayisədə 25,1% və ya 76,8 dollar azdır.
Əlavə edək ki, yanvar-fevral aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,26%-nə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!