Azərbaycan və Özbəkistan qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən ölkələrimizin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün həyata keçirilən işləri və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını nəzərdən keçirdik", - nazir qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
