Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-aprel aylarında Türkiyəyə 205 milyon 301 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 200 milyon 144 min dollar və ya 49,4% azdır.
Xatırladaq ki, ötən ilin eyni dövründə Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 405 milyon 445 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı da Rusiya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!