Azərbaycan Trampın Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq dəvətini qəbul edib | Banco.az

Azərbaycan Trampın Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq dəvətini qəbul edib

16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan təşkilata Təsisçi Üzv Dövlət olmağa dəvət edib.

XİN xəbər verir ki, Azərbaycan sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına Təsisçi Üzv Dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır.