Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkədən 10 milyard 270 milyon 805 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 3 milyard 833 milyon 12 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 3,6%, dəyər baxımından isə 11,1% artıb.
Qeyd edək ki, bu ilin ilk 5 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,84% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!