Azərbaycan Qazaxıstana badam tədarükünü bərpa edib | Banco.az

Azərbaycan Qazaxıstana badam tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 2,7 milyon ABŞ dolları dəyərində 917,6 ton badam göndərilib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 96 % və kəmiyyət olaraq – 2,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 995 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 dəfə çox) 176,2 ton (+7 dəfə), Özbəkistana 823 min ABŞ dolları dəyərində (+41 %) 440 ton (+2,2 dəfə), Türkiyəyə 398 min ABŞ dolları dəyərində (-42 %) 126 ton (-5 %), İtaliyaya 290 min ABŞ dolları dəyərində 71 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstana 178 min ABŞ dolları dəyərində 103 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Azərbaycan 3 ilin tamamında Qazaxıstana badam tədarükünü (9,5 min ABŞ dolları dəyərində 1,11 ton) bərpa edib.