Azərbaycan ötən il şaftalı ixracına görə dünyada 9-cu yerdə qərarlaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan ötən il şaftalı ixracına görə dünyada 9-cu yerdə qərarlaşıb

Beynəlxalq Ticarət Mərkəzinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycan şaftalı ixracı üzrə dünyada 9-cu yerdə qərarlaşıb.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.

Məlumata görə, hesabat ilində Azərbaycan 68,6 milyon ABŞ dolları dəyərində təzə şaftalı ixrac edib, bu da 2023-cü illə müqayisədə 33 % çoxdur.

Dünyada şaftalı ixracatçılarının ilk üçlüyündə İspaniya, Türkiyə və Çili qərarlaşıb.