2025-ci ildə Azərbaycan və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 7,635 milyard ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 706,4 milyon ABŞ dolları və ya 10,2% çoxdur.
Məlumata əsasən, 2024-cü illə müqayisədə ötən il Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 4% artaraq 1,767 milyard ABŞ dolları, idxalının dəyəri isə 12,2% artaraq 5,231 milyard ABŞ dolları olub.
Ötən il ərzində MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 7,06%, idxalında payı isə 24,07% olub.
Hesabat dövründə Azərbaycanın MDB ölkələri üzrə ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Özbəkistan və Qazaxıstan ilə formalaşıb.
Bu müddətdə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 4,920 milyard ABŞ dolları (+2,5%), Özbəkistan ilə 795,2 milyon ABŞ dolları (3,1 dəfə çox), Qazaxıstan ilə isə 670,6 milyon ABŞ dolları (1,4 dəfə çox) təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.
trend
