Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir | Banco.az

Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

Birja məlumatları xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 1.06 ABŞ dolları və ya 1.5% artaraq 71.85 ABŞ dollarına bərabər olub. 

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Aprel ayının 4-dən etibarən yerli neftin qiyməti 70 dollardan aşağı olub. “Azeri Light”ın son üç gündə isə ticarət qiyməti 70 dolları ötüb.

    apa