Azərbaycan nefti bahalaşıb | Banco.az

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Banco.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,46ABŞ dolları və ya 0,63% artaraq 73,35 ABŞ dollarına bərabər olub.

      Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,89 ABŞ dolları təşkil edib.

      Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.