Azərbaycan neft emalını 18%-dən çox azaldıb | Banco.az

Azərbaycan neft emalını 18%-dən çox azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1,8 mln. ton neft emal edilib. Bu da illik müqayisədə 18.2% azdır. 

Banco.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycanda 2,2 mln. ton neft emal edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel ayları üzrə respublikada 9,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 5,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 2,3 milyon ton təşkil edib.

Bu dövr ərzində 7,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 6,6 milyon tonu konsorsiumların, 1 milyon tonu SOCAR-ın, 0,2 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram