Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda cüzi artıb | Banco.az

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları iyunda cüzi artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 153,9 milyon ABŞ dolları təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, bu, iyunun 1-i ilə müqayisədə 0,5 % çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,8 % artıb, son 1 ildə isə 5 % azalıb.