2025-ci ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 %artaraq 4 milyon 569,5 min olub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 58,9 %-i Bakıda, 5,6 %-i Qusarda, 5,1 %-i Naftalanda, 5 %-i Xaçmazda, 3,7 %-i Qəbələdə, 3,2 %-i Qubada, 3 %-i Lənkəranda, 2,2 %-i Şabranda, 1,5 %-i Şamaxıda, 1,2 %-i Gəncədə, 1,1 %-i Şuşada, 1,1 %-i Masallıda, 1,1 %-i Qaxda, 0,9 %-i Naxçıvan Muxtar Respublikasında və 6,4 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3 % artaraq 2 milyon 614,3 min olub ki, bu da ümumi gecələmələrin 57,2 %-ini təşkil edir. Gecələmələrin ümumi sayının 13,6 %-i Hindistan, 10,1 %-i Rusiya, 9,3 %-i Türkiyə, 8,3 %-i Səudiyyə Ərəbistanı, 5,6 %-i İsrail, 5,1 %-i Birləşmiş Ərəb Əmirlikləri, 3,9 %-i Pakistan, 3,4 %-i Çin, 3,3 %-i Özbəkistan, 3,2 %-i ABŞ, 2,8 %-i Qazaxıstan, 2,4 %-i Küveyt, 2,2 %-i Böyük Britaniya, 1,3 %-i Almaniya, 1 %-i İtaliya, 24,5 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 %-i Bakıda, 6,1 %-i Qusarda, 4,4 %-i Naftalanda, 3,2 %-i Qəbələdə, 2,4 %-i Qubada, 0,7 %-i Şamaxıda, 2,1 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 %artaraq 1 milyon 955,2 min olub ki, bu da ümumi gecələmələrin 42,8 %-ni təşkil edir.
